close

MFL tezliklə başlayır – VİDEO

18 Mart 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL pandemiya səbəbindən yaranmış fasiləyə son verir. 

Belə ki, MFL rəhbərliyi 2021-2022-ci il mövsümündə yeni turnirlərlə futbol həvəskarlarını sevindirməyə qərar verib. Yaxın günlərdə həm kubok, həm də çempionat sistemi üzrə keçiriləcək turnirlərlə bağlı geniş məlumat veriləcək.

Qeyd edək ki, 2016-cı ildə yaradılan MFL Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqasıdır. “Küçələrdən meydanlara” şüarını əsas götürən Liqanın məqsədi mümkün qədər çox həvəskar futbol komandasını ən yüksək səviyyədə təşkil edilən turnir çərçivəsində birləşdirmək, ölkəmizdə futbolu daha da populyarlaşdırmaq, eyni zamanda insanları zərərli vərdişlərdən uzaq durmağa və sağlam həyat tərzi sürməyə, daha çox idmanla məşğul olmağa təşviq etməkdir.

Bu günə qədər MFL tərəfindən 11 turnir təşkil edilib ki, bu tirnirlər çərçivəsində keçirilən 2986 oyunda 379 komanda və 4223 oyunçu çıxış edib.

Xatırladaq ki, MFL tərəfindən təşkil olunan sonuncu turnir olan LSS MFL 2019/20 əvvəlki turnirlər kimi bir-birindən maraqlı oyunlarla zəngin oldu. Turnirin həlledici final görüşündə “Beerbaşa” komandası ilə qarşılaşan “Universal” penaltilər seriyasında 5:4 hesabı ilə rəqibinə qalib gələrək LSS MFL 2019/20 turnirinin qalibi adını qazanıb.

SPONSORLAR