close

“Beerbaşa” “Surə Su MFL Kuboku”nun qalibi oldu - FOTO

26 May 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən “Surə Su MFL Kuboku” başa çatdı. 

Yeni mövsümün ilk turnirinin son iki qarşılaşması ilə turnirin qalibinin, eləcə də ikinci və üçüncü yerlərin sahiblərinin adlarına aydınlıq gəlib.

Meydana öncə üçüncü yer uğrunda mübarizə aparan “Borçalı FK” ilə “İsma Baku” komandaları çıxıblar. Rəqibinin qapısından iki cavabsız top keçirən “Borçalı FK” bürünc medallara sahib çıxıb.

Turnirin həlledici final görüşündə isə “Beerbaşa” ilə “Galaxy FK” komandaları üz-üzə gəliblər. Gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçən qarşılaşmanın və qızıl medalların taleyini bir qol həll edib. “Beerbaşa” rəqibini 1:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.

Oyunlar başa çatandan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə MFL-in direktoru Vüqar Nadirovla yanaşı AFFA-nın texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.

Turnirin qalibi olan “Beerbaşa” komandası qızıl medallarla yanaşı pul mükafatı və kubokla mükafatlandırılıb. Turnirdə ikinci və üçüncü yerləri tutan “Galaxy FK” və “Borçalı FK” komandalarına isə müvafiq olaraq gümüş və bürünc medallarla yanaşı pul mükafatı təqdim edilib.

Bundan əlavə turnirin ən yaxşı qapıçısı Vəli Qafarov (“Beerbaşa”), ən çox məhsuldar ötürmə edən futbolçusu Nurəli Əsədov (“Galaxy FK”), eləcə də turnirin bombardiri Nəsib Əliyev (“İsma Baku”) xüsusi mükafata layiq görülüblər.

Beləliklə, Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən daha bir turnirə uğurla yekun vurulub.

SPONSORLAR