close

“MFL Gəncə Kuboku - 2021” turnirinə start verildi - NƏTİCƏLƏR

16 Avqust 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən “MFL Gəncə Kuboku - 2021” turnirinə star verilib.

Xatırladaq ki, turnirdə çıxış edən 24 komanda hər birində 4 komanda olmaqla 6 qrupa bölünüblər.

Şənbə və bazar günləri qrup oyunları çərçivəsində birinci və ikinci turun oyunları keçirilib. Gözlənildiyi kimi, böyük həyəcanla gözlənilən turnirdə azarkeşlər bir-birindən maraqlı oyunlara şahidlik edilər.

Birinci turdan sonra qeydə alınan hesabları təqdim edirik:

14 avqust, 1-ci tur

A qrupu

“Qara Köynəklilər” 1 – 1 “Kövsər” 

“Uğur” 14 - 1 “Gəncə Beynəlxalq Xəstəxanası”

B qrupu

“Avrora Gəncə” 6 – 5 “Best Dental Clinic”

“Lokomotiv Gəncə” 6 – 3 “Bosfor”

C qrupu

“Halal Dad FK” 1- 0 “Yüksəl”

“Üçtəpə Gəncə” 10 - 0 “Dostlar Komandası”

D qrupu

“Şəmkir” 4 – 2 “Qarayeri”

“Ağasıbəyli” 5 – 11 “Evoshop”

E qrupu

“Coca-Cola Gəncə” 3 – 7 “Dinamo Gəncə”

“Zəfər” 6 – 3 “Gəncə”

F qrupu

“Ümid” 8 – 6 “Kristal”

“Bizim ailə” 1 – 1 “Automatt”

İkinci turda isə aşağıdakı hesablar qeydə alınıb:

15 avqust, 2-ci tur

A qrupu

“Kövsər” 7 – 2 “Gəncə Beynəlxalq Xəstəxanası”

“Uğur” 3 – 2  “Qara Köynəklilər”

B qrupu

“Avrora Gəncə” 7 – 0 “Bosfor”

“Lokomotiv Gəncə” 3 – 5 “Best Dental Clinic”

C qrupu

“Dostlar Komandası” 1 - 4 “Yüksəl”

“Üçtəpə Gəncə” 3 – 5 “Halal Dad FK”

D qrupu

“Ağasıbəyli” 4 – 7 “Qarayeri”

“Evoshop” 9 – 0 “Şəmkir”

E qrupu

“Coca-Cola Gəncə” 3 – 7 “Gəncə”

“Dinamo Gəncə” 3 – 2 “Zəfər”

F qrupu

“Kristal” 0 – 5 “Bizim ailə”

“Ümid” 11 – 4 “Automatt”

Turnir cədvəlinə gəlincə, iki turdan sonra A qrupuna 6 xalla “Uğur” komandası başçılıq edir. “Kövsər” 4 xalla ikinci, “Qara Köynəklilər” 1 xalla üçüncü, xalı olmayan “Gəncə Beynəlxalq Xəstəxanası” isə sonuncü – dördüncü sırada qərarlaşıb.

B qrupuna 6 xalı olan “Avrora Gəncə” başçılıq edir. Üç xala malik olan “Lokomotiv Gəncə” ilə  “Best Dental Clinic” müvafiq olaraq ikinci və üçüncü, xalı olmayan “Bosfor” isə sonucu sıradadır.

C qrupuna isə hər iki oyununu qələbə ilə başa vuran “Halal Dad FK” başçılıq edir. Üç xala malik olan “Üçtəpə Gəncə” və “Yüksəl” komandaları müvafiq olaraq ikinci və üçüncü, xalı olmayan “Dostlar Komandası” isə sonucu sırada qərarlaşıb.

D qrupunda da oxşar mənzərədir. Belə ki, hər iki oyununu qələbə ilə başa vuran “Evoshop” zirvəni ələ keçirib. “Qarayeri” ilə “Şəmkir” üç xalla ikinci və üçüncü sıradadırlar. Xalı olmayan “Ağasıbəyli” isə sonuncudur.

E qrupunda altı xalla “Dinamo Gəncə” başçılıq edir. Üç xalları olan “Zəfər” və “Gəncə” müvafiq olaraq ikinci və üçüncü, xalı olmayan “Coca-Cola Gəncə” isə sonucu sırada qərarlaşıb.

F qrupunda isə “Ümid” zirvəni ələ keçirib. Dörd xalı olan “Bizim ailə” ikini, bir xalı olan “Automatt” üçüncü, xalı olmayan “Kristal” isə sonuncu sırada qərarlaşıb.

Bombardirlərə gəlincə, iki turdan sonra dörd oyunçu daha çox fərqlənməyi bacarıb. Bunlar rəqib qapılarından 7 top keçirmiş Emin Abbasov (“Qarayeri”), Ramid Fəttahov (“Gəncə”), Ziya Məmmədov (“Lokomotiv Gəncə”) və Ziyabil Məmmədovdur (“Üçtəpə Gəncə”).

Qeyd edək ki, qrup oyunları üç turu əhatə edəcək və yekunda öz qruplarında ilk iki yeri tutan komandalar (12 komanda), eyni zamanda üçüncü yeri tutan komandalardan ən yaxşı göstəricilərə malik dörd komanda (ən çox xal yığan, xallar bərabər olduqda isə ən çox qol vuran komandalar) 1/8 final mərhələsində çıxış etmək hüququ qazanacaqlar. 

1/8-də məğlub olan komandalar turnirlə vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Yarımfinalda məğlub olan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar, qalib gələn komandalar isə turnirin həlledici final görüşündə üz-üzə gələcəklər.

Yarımfinal mərhələsində komandalar ev və səfər oyunu olmaqla iki dəfə qarşılaşacaqlar. Üçüncü yer uğrunda oyun və final görüşü isə bir dəfə keçiriləcək.

Turnirin mükafat fonduna gəlincə,Turnirdə yüksək nəticələr göstərən komandalar və futbolçular üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

I yer – 750 manat, qızıl medallar, kubok

II yer – 500 manat, gümüş medallar

III yer – 250 manat, bürünc medallar

SPONSORLAR