close

“MFL Gəncə Kuboku - 2021” turnirində ilk yarımfinal oyunları keçirilib

31 Avqust 2021

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan MFL tərəfindən təşkil edilən “MFL Gəncə Kuboku - 2021” turnirində 1/4 final matçları və yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

24 komandanın mübarizəyə qoşulduğu turnirin 1/4 final oyunlarının nəticələrinə görə yarımfinal mərhələsinə vəsiqə qazanan komandaların adına aydınlıq gəlib.

28 avqust, 1/4 final

“Avrora Gəncə” 2 – 2, (pen. 5:4) “Üçtəpə Gəncə”

“Qarayeri” 1 – 1, (pen. 5:3) “Zəfər”

“Dinamo Gəncə” 11 – 3 “Evoshop”

“Gəncə” 3 – 5 “Best Dental Clinic”

Beləliklə, 1/4 final mərhələsində keçirilən oyunların nəticələrinə görə yarımfinala “Avrora Gəncə”, “Qarayeri”, “Dinamo Gəncə” və “Best Dental Clinic” komandaları vəsiqə qazanıblar. Bir gün sonra isə adıçəkilən komandalar ilk yarımfinal oyununda üz-üzə gəliblər. Nəticələri təqdim edirik:

29 avqust, ilk yarımfinal oyunları

“Avrora Gəncə” 3 – 3 “Qarayeri”

“Dinamo Gəncə” 9 – 3 “Best Dental Clinic”

Göründüyü kimi, “Avrora Gəncə” ilə “Qarayeri” komandalarının ilk yarımfinal görüşü olduqca gərgin mübarizə şəraitində keçib. Hərəyə üç dəfə fərqlənən komandaların cavab oyunu böyük maraqla gözlənilir.

“Dinamo Gəncə” ilə “Best Dental Clinic” komandalarına gəlincə, ilk görüşdə rəqibini böyük hesabla məğlub edən “Dinamo Gəncə” cavab qarşılaşmasına böyük üstünlüklə çıxacaq. İlk oyundakı acı məğlubiyyətə baxmayaraq “Best Dental Clinic” komandasının cavab oyununda ən azından rəqibinə qalib gəlməyə çalışacağı gözlənilir.

Turnirin bombardirlər siyahısına rəqib qapılarından 22 top keçirən Rasim Qurbanov (“Avrora Gəncə”) başçılıq edir. Onu 14 qolla Rəhman Əzizov (“Evoshop”) və 13 qolla Kamran Nəsrullayev (“Best Dental Clinic”) izləyir.

Qeyd edək ki, yarımfinalda iki oyunun nəticəsinə görə məğlub olan komandalar üçüncü yer uğrunda mübarizə aparacaqlar, qalib gələn komandalar isə turnirin həlledici final görüşündə üz-üzə gələcəklər.

Turnirin mükafat fonduna gəlincə,Turnirdə yüksək nəticələr göstərən komandalar və futbolçular üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

I yer – 750 manat, qızıl medallar, kubok

II yer – 500 manat, gümüş medallar

III yer – 250 manat, bürünc medallar

SPONSORLAR