close

MFL-in İntizam Komitəsinin qərarı

04 Oktyabr 2021

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsi “MUĞANBANK MFL TƏSNİFAT 2021” çərçivəsində keçirilən “Borçalı FK” – “Xilə” oyunu ilə bağlı aşağıdakı qərarı verib:

- Oyunun 49-cu dəqiqəsində “Borçalı FK” komandasının oyunçuları kütləvi davaya səbəb olduqları üçün oyunu davam etdirmək mümkün olmayıb və vaxtından əvvəl dayandırılıb.

“Borçalı FK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir və təsnifat mərhələsindən kənarlaşdırılır.

MFL rəbərliyi digər komandaları rəqiblərinə hörmətlə yanaşmağa, qeyri-etik hərəkətlərə yol verməməyə və MFL-in qaydalarına riayət etməyə çağırır. Əks halda daha ciddi tədbirlər görüləcək.