close

MFL-in İntizam Komitəsinin İsa Cəbiyevlə bağlı qərarı

05 Oktyabr 2021

MFL-də iştirak edənlərin nəzərinə!

MFL-in İntizam Komitəsi “Xilə” komandasının oyunçusu İsa Cəbiyevlə bağlı aşağıdakı qərarı verib:

- “MUĞANBANK MFL TƏSNİFAT 2021” çərçivəsində keçirilən “Borçalı FK” – “Xilə” oyununun 49-cu dəqiqəsində “Borçalı FK” komandasının oyunçuları kütləvi davaya səbəb olduqları üçün oyunu davam etdirmək mümkün olmayıb və vaxtından əvvəl dayandırılıb.

Kütləvi davada iştirak edən “Xilə” komandasının oyunçusu Cəbiyev İsa Azər oğlunun bir il müddətinə MFL tərəfindən təşkil olunan turnirlərdə iştirakına qadağa qoyulur.