Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsinin növbəti oyunları keçirilib.
64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin növbəti oyun günündə 10 qarşılaşma baş tutub. Nəticələri təqdim edirik.
“Sabunçu FK” – “Şəfəq FK” 0:3
“The Lions” – “Hövsan” 0:14
“Zəfər 2783” – “Aztelekom” 4:4 (pen.5:4)
“FK Forza” – “Qaraçuxur” 7:1
“Rhinos” – “052 Yaşma” 0:11
“Galaxy FK” – “Old Boys” 5:3
“Baku Juniors” – “Navi FK” 3:3 (pen.5:3)
“Çinar Zəngilan” – “All Stars FC” 10:3
“Günəşli FK” – “Zabrat ST” 0:6
“Siyəzən FK” – “Xəzər Astara” 1:3
Beləliklə, qalib gələn komandalar – “Şəfəq FK”, “Hövsan”, “Zəfər 2783”, “FK Forza”, “052 Yaşma”, “Galaxy FK”, “Baku Juniors”, “Çinar Zəngilan”, “Zabrat ST” və “Xəzər Astara” komandaları növbəti, yəni 1/4 finala vəsiqə qazanıblar.
Qeyd edək ki, “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsində çıxış edən 64 komanda hər birində 16 komanda olmaqla 4 play-off-a bölünüb.
1/8-də məğlub olan komandalar təsnifatla vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final və final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Finalda qalib gələrək öz qruplarının qalibi olan 4 komanda MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaq.