close

MFL-in təsnifat mərhələsində 1/4-ə adlayan bütün komandalar məlum oldu - NƏTİCƏLƏR

18 Oktyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsində 1/8 finalın sonuncu oyunları keçirilib.

64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin növbəti oyun günündə 10 qarşılaşma baş tutub. Nəticələri təqdim edirik.

“Uniman FK” – “Zəfər 44” 3:3 (pen. 8:9)

“Marşal” – “White Smile” 0:7

“Primavera” – “Bibiheybət” 1:4

“Chemstry SC” – “Kia Fan Club” 4:15

“Bayraktar” – “Hövsan 32”  0:5

“Khazar FC” – “Club Always Ready” 0:0 (pen. 4:5)

“AgroSport” – “Köhnə Bakı” 1:9

“Şedevr” (Binə) – “Qəsr FK” 9:1

“Təbriz” – “Sputnik” 6:1

“Maisan” – “New Sunny” 4:3

Beləliklə, qalib gələn komandalar – “Zəfər 44”, “White Smile”, “Bibiheybət”, “Kia Fan Club”, “Hövsan 32”, “Club Always Ready”, “Köhnə Bakı”, “Şedevr” (Binə), “Təbriz” və “Maisan” komandaları növbəti mərhələyə, yəni 1/4 finala vəsiqə qazanıblar. 

Qeyd edək ki, “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsində çıxış edən 64 komanda hər birində 16 komanda olmaqla 4 play-off-a (A, B, C, və D qruplarına) bölünüb. 

1/8-də məğlub olan komandalar təsnifatla vidalaşacaqlar. Rəqiblərindən üstün olan komandalar isə ardıcıllıqla 1/4 və 1/2 final və final mərhələsində çıxış etmək imkanı qazanacaqlar. Finalda qalib gələrək öz qruplarının qalibi olan 4 komanda MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaq.