close

MFL-in təsnifat mərhələsində 1/4 finalın ilk oyunları keçirilib - NƏTİCƏLƏR

18 Oktyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsində 1/4 finalın ilk oyunları keçirilib.

64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin 1/4 finalının ilk oyun günündə 10 qarşılaşma baş tutub. Nəticələri təqdim edirik.

“Zabrat ST” – “RedCode” 1:1 (pen. 1-3)

“Hövsan 32” – “Doctors United” 3:1

“Xilə” – “Spartak Baku” 9:2

“Zəfər 2783” – “Çinar Zəngilan” 2:2 (pen. 1:3)

“052 Yaşma” – ABN FK 1:8

“Razin FK” – “Badamdar FC” 1:3

“Dark Horse” – “Galaxy FK” 0:9

“Baş Layısqı FK” – “White Smile” 0:10

“Zəfər 44” – “Turkuye” 1:2

“Hövsan” – “Maisan” 4:0

Beləliklə, qalib gələn komandalar – “RedCode”, “Hövsan 32”, “Xilə”, “Çinar Zəngilan”, ABN FK , “Badamdar FC”, “Galaxy FK”, “White Smile”, “Turkuye” və “Hövsan” komandaları yarımfinala vəsiqə qazanıblar. 

Qeyd edək ki, “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsində çıxış edən 64 komanda hər birində 16 komanda olmaqla 4 play-off-a (A, B, C və D qruplarına) bölünüb. Kubok sistemi üzrə keçirilən təsnifat mərhələsində finalda qalib gələrək öz qruplarının qalibi olan 4 komanda MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaq.