close

MFL-in təsnifat mərhələsində finalçılar məlum oldu - NƏTİCƏLƏR

29 Oktyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsində 1/2 finalın oyunları keçirilib.

64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin yarımfinal oyunlarının nəticələrinə görə A, B, C, və D qruplarının həlledici final oyunlarında qarşılaşacaq komandaların adına aydınlıq gəlib. Nəticələri təqdim edirik.

A qrupu

“Çinar Zəngilan” - ABN FK 6:5

CS – “Şəfəq FK” 6:0

B qrupu

“Kia Fan Club” – “Hövsan” 2:3

“FK Forza” – “Galaxy FK” 1:1 (pen. 5:6)

C qrupu

“Hövsan 32” – “Təbriz” 1:4

“Xilə” – “Şedevr” (Binə) 1:1 (pen. 5:6)

D qrupu

“White Smile” – “Badamdar FC” 5:3

“Turkuye” – “RedCode” 2:1

Beləliklə, A qrupunun finalında “Çinar Zəngilan”la CS, B qrupunun finalında “Hövsan”la “Galaxy FK”, C qrupunun finalında “Təbriz”lə “Şedevr” (Binə), D qrupunun finalında isə “White Smile” ilə “Turkuye” komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, finalda qalib gələn komandalar MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanacaqlar.