close

MFL-in təsnifat mərhələsinin qalibləri məlum oldu

02 Noyabr 2021

Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL-in təsnifat mərhələsində həlledici final oyunları keçirilib.

64 komandanın qatıldığı və “MUĞANBANK MFL TƏSNİFAT 2021” adlanan təsnifat mərhələsinin final oyunları çərçivəsində A qrupunda CS-lə “Çinar Zəngilan”, B qrupunda “Hövsan”la “Galaxy FK”, C qrupunda “Təbriz”lə “Şedevr” (Binə), D qrupunda isə “White Smile” ilə “Turkuye” komandaları üz-üzə gəlib. 

Bütün matçlar gərgin mübarizə şəraitində keçib. Belə ki, baş tutan dörd qarşılaşmanın üçündə qalib komanda rəqibini cüzi üstünlüklə məğlub edib. Nəticələri təqdim edirik:

A qrupu

CS – “Çinar Zəngilan” 3:2 

B qrupu

“Hövsan” – “Galaxy FK” - 2:3 

C qrupu

“Təbriz” – “Şedevr” (Binə) 1:3

D qrupu

“White Smile” – “Turkuye” 4:3

Beləliklə, öz qruplarının qalibi olan CS, “Galaxy FK”, “Şedevr” (Binə) və “White Smile” komandaları MFL-in əsas Liqasında pulsuz iştirak etmək hüququ qazanıblar.